...

Hindistanda Su-30MKI qırıcısının qəzası nəticəsində iki pilot həlak olub (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 6 Mart 2026 08:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Trend xəbər verir ki, bu barədə Hindistan HHQ-nin “X” sosial şəbəkəsində məlumat verilib.

Təyyarə qəzasında pilotlar ölümcül yaralanıb. Qurum onların ailələrinə başsağlığı verib.

xxx

05:35

Daha əvvəl radarlardan itmiş Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Su-30MKI qırıcısı ölkənin şimal-şərqindəki Assam ştatında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə Hindistan HHQ-nin “X” sosial şəbəkəsində məlumat verilib.

Bildirilib ki, “Təlim-məşq uçuşu yerinə yetirən Su-30MKI qırıcısı Assam ştatının Karbi-Anqlonq rayonunda, Corhatdan təxminən 60 km məsafədə qəzaya uğrayıb. Axtarış əməliyyatı davam edir”.

Pilotların taleyi barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti