...

Azərbaycanla Böyük Britaniyanın “Palantir” şirkəti kritik infrastruktur monitorinqi üzrə əməkdaşlığı dəyərləndiriblər

Telekommunikasiya Materials 6 Mart 2026 10:22 (UTC +04:00)
Azərbaycanla Böyük Britaniyanın “Palantir” şirkəti kritik infrastruktur monitorinqi üzrə əməkdaşlığı dəyərləndiriblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Trend bu barədə nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində artıq bir sıra texnologiya və innovasiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və innovativ texnologiyalar sahələrində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti