...

Rusiyada zəlzələ olub

Dünya xəbərləri Materials 6 Mart 2026 09:33 (UTC +04:00)
Rusiyada zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Soçi şəhərində zəlzələ baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Andrey Proşunin öz “Telegram” kanalında yazıb.

Merin sözlərinə görə, 4,5 maqnitudalı zəlzələ zamanı kurort şəhərin infrastrukturuna hər hansı ziyan dəyməyib. Eyni zamanda zərərçəkənlərin olması barədə hər hansı məlumat daxil olmayıb.

Bundan əvvəl martın əvvəlində Soçidə bir saat intervalla ardıcıl iki zəlzələ baş vermişdi. 4,4 və 4,8 bal gücündə yeraltı təkanları yerli əhali, xüsusilə hündürmərtəbəli binaların üst mərtəbələrində qalan sakinlər hiss etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti