...

İran tərəfi Naxçıvana hücumun araşdırılacağı ilə bağlı vəd verib - Ceyhun Bayramov

Siyasət Materials 6 Mart 2026 13:20 (UTC +04:00)
İran tərəfi Naxçıvana hücumun araşdırılacağı ilə bağlı vəd verib - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünən İran xarici işlər naziri ilə bir neçə əlaqəm oldu. Bu məsələ bütün ciddiliyi ilə müzakirə edildi.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

"İran tərəfi məsələnin ciddi şəkildə araşdırılacağı ilə bağlı vəd verdi. Biz bu araşdırmanın nəticələrini gözləyəcəyik", - deyə nazir bildirib.

Ceyhun Bayramov moldovalı həmkarına hücum barədə məlumat verdiyini qeyd edib:

"Bu qəbuledilməz hücumla bağlı həmkarıma məlumat verdim. Cənab nazir bununla bağlı öz qiymətləndirmələrini bildirdi. Azərbaycan dövlətinin mövqeyi də dünən açıq şəkildə İran səfirinə çatdırıldı".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti