...

Azərbaycan ABŞ şirkəti ilə rəqəmsal transformasiya üzrə əməkdaşlığı müzakirə edib

İqtisadiyyat Materials 6 Mart 2026 12:32 (UTC +04:00)
Azərbaycan ABŞ şirkəti ilə rəqəmsal transformasiya üzrə əməkdaşlığı müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və ABŞ-nin “Dell Technologies” şirkəti arasında rəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşdük. Görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi apardıq", - paylaşımda bildirilib.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində artıq bir sıra texnologiya və innovasiya şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və innovativ texnologiyalar sahələrində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti