Bakı. Trend:
Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasının 2026-cı ildə keçirilməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Moldova–Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası ümumi fəaliyyətlərin əlaqələndirilməsi və qarşılıqlı faydalı nəticələrin əldə olunması üçün mühüm platforma kimi qalmaqdadır. Komissiyanın sonuncu – altıncı iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti iclasın isə bu il keçirilməsi planlaşdırılır”, – deyə Popşoi bildirib.
O, həmçinin qeyd edib ki, Moldova Azərbaycan tərəfindən həyata keçirilən layihələri, o cümlədən Moldovanın Qaqauz Muxtar bölgəsində yerləşən Çadır-Lunqa şəhərində Mədəni Təhsil Mərkəzinin tikintisini yüksək qiymətləndirir.
Nazirin sözlərinə görə, Moldovada prioritet təşəbbüslərdə Azərbaycan şirkətlərinin iştirakı da alqışlanır.
