Bakı. Trend:
bp sanksiyalar fonunda LUKOIL ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Şahdəniz qaz yatağında işlərin necə davam etdiyini izah edib.
Trend xəbər verir ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolinin brifinqdə bildirdiyi kimi, şirkət bu kontekstdə LUKOIL, eləcə də İranın NICO şirkəti ilə əməkdaşlıq edərək beynəlxalq sanksiyalara riayət olunmasını təmin edir.
"LUKOIL-a sanksiyalar tətbiq edildikdə, BP SOCAR, LUKOIL, Avropa Birliyi və ABŞ ilə birlikdə saziş və iş mexanizmi hazırlamaq üçün çalışdı.
Bu saziş Şahdənizdə əməliyyatların sanksiyalara tam uyğun olaraq davam etməsinə imkan verir", - o bildirib.
