...

bp Azərbaycanda yeni qaz mənbələrinin müəyyənləşdirilməsi üzərində işləyir

İqtisadiyyat Materials 6 Mart 2026 18:10 (UTC +04:00)
bp Azərbaycanda yeni qaz mənbələrinin müəyyənləşdirilməsi üzərində işləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti Azərbaycanda müxtəlif istiqamətlərdə yeni qaz mənbələrinin müəyyən edilməsi üzərində işləyir.

Bunu Trend-in sualını cavablandırarkən b bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli brifinq zamanı bildirib.

"Birincisi, biz fəal şəkildə seysmik tədqiqatlar aparırıq. Bu, bizə yeni mənbələri müəyyən etməyə imkan verir. İkincisi, geoloji kəşfiyyat işləri aparılır. Bu kontekstdə Şəfəq-Asiman blokunu vurğulamaq istərdim", - deyə o bildirib.

Bundan əlavə, Kristofilli qeyd edib ki, Azərbaycan və SOCAR ilə yeni layihələrə qoşulmaq üçün işlər davam edir.

"Strategiyamız qlobal miqyasda neft və qaz hasilatını artırmaqdır. Və biz Azərbaycanı bu strategiyanı həyata keçirmək üçün uyğun region kimi görürük", o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti