Bakı. Trend:
“İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının (BOKT) nizamnamə kapitalı azaldılır.
Trend xəbər verir ki, bu barədə BOKT özü elan edib.
Məlumata görə, şirkətin ümumi yığıncağının qərarına əsasən təşkilatın nizamnamə kapitalı azaldılaraq 259 min 274 manat 47 qəpik məbləğində müəyyən edilib. Buna qədər isə BOKT-un nizamnamə kapitalı 324 min 166 manat idi. Beləliklə, şirkətin nizamnamə kapitalı 64,9 min manat azalıb.
“Kreditorları maraqlandıran suallarla bağlı AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 574-cü məhəllə, bina 1, mənzil 4 ünvanına müraciət edilə bilər”, - məlumatda bildirilib.
Qeyd edək ki, “İcraçı Kredit Agentliyi” BOKT 2009-cu ildə dövlət qeydiyyatına alınıb. BOKT-un qanuni təmsilçisi Əliyev Arif Lütvəli oğludur.
