...

İsrail ordusu Livanın şərqindəki əhalini təxliyə olunmağa çağırıb

Dünya xəbərləri Materials 6 Mart 2026 16:06 (UTC +04:00)
İsrail ordusu Livanın şərqindəki əhalini təxliyə olunmağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın şərqində yerləşən Bəqaa vadisində “Hizbullah” mövqelərinə qarşı hava zərbələri ərəfəsində mülki əhali üçün yeni genişmiqyaslı təxliyə xəbərdarlığı yayıb.

Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

“Bəqaa bölgəsinin sakinlərinə, xüsusilə Nabi Çit, Xader, Sarain əl-Fövqa və Sarain ət-Tahta kəndlərinin sakinlərinə təcili xəbərdarlıq. ‘Hizbullah’ın bölgədəki fəaliyyəti IDF-ni onun hərbi infrastrukturunu hədəf alaraq güc tətbiq etməyə məcbur edir. IDF-in sizə zərər vermək niyyəti yoxdur”, – IDF sözçüsü polkovnik Aviçay Adrai bildirib.

Adrai xəbərdarlıq edib ki, Hizbullah üzvlərinin, onların obyektlərinin və ya silahlarının yaxınlığında olan hər kəs öz həyatını və ailə üzvlərinin həyatını riskə atır.

“Evlərinizə qayıtmağın təhlükəsiz olduğu vaxt barədə sizi məlumatlandıracağıq”, – o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti