...

Baş Prokurorluqda 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Gündəm Materials 6 Mart 2026 18:12 (UTC +04:00)
Baş Prokurorluqda 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbir keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Martın 6-da Baş Prokurorluqda qadın prokurorluq işçilərinin, dövlət qulluqçularının, veteranların, habelə qonaq qismində dəvət olunmuş Milli Məclisin qadın deputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər, sağlamlıq və ailə səadəti arzulayıb. O bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətdə layiqli yer tutmuş, dövlət idarəçiliyində və ictimai həyatda fəal mövqe nümayiş etdirmişdir. Qeyd olunub ki, qadın hüquqlarının qorunması və onların ictimai fəallığının artırılması məsələsinə Ümummilli lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət göstərilmiş, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Baş prokuror, həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslər və beynəlxalq miqyaslı fəaliyyəti barədə də danışıb.

Qadınların cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan bəhs edən Kamran Əliyev bildirib ki, hazırda prokurorluq orqanlarında çalışan qadınlardan 131 nəfəri müsabiqə yolu ilə işə qəbul olunub. Onlardan 13 nəfəri rəhbər vəzifələrdə çalışır ki, bunlardan 1 nəfər Baş Prokurorluqda idarə rəisi, 4 nəfər idarə rəisinin müavini, 1 nəfər şöbə rəisi, 1 nəfər idarə rəisinin müavini - şöbə rəisi, 1 nəfər hərbi prokurorluq orqanlarında şöbə rəisi, 4 nəfər rayon prokuroru, 1 nəfər isə rayon prokurorunun müavini vəzifəsini tutur.

Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Real TV-nin baş redaktoru Səbinə Ağayeva, Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova, prokurorluğun veteranı Zöhrəbanu Kişiyeva, Qobustan rayon prokuroru Səadət Rüstəmova və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Ruhanə Rəsulova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda Baş prokuror tərəfindən bir qrup iştirakçıya mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti