...

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi

Cəmiyyət Materials 6 Mart 2026 11:12 (UTC +04:00)
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baş tutub.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya, Məmməd Şərifov isə Türkiyə ərazisində ələ keçirilərək Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti