Bakı. Trend:
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Fazil Mustafa və Sevil Mikayılova martın 9-da Latviya Respublikasının Riqa şəhərinə səfər edəcəklər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfər martın 13-də başa çatacaq.
