...

"Zəfər ruhlu Azərbaycan qadını" – Xaçmazda 8 Mart təntənəsi (FOTO)

Gündəm Materials 6 Mart 2026 16:00 (UTC +04:00)
"Zəfər ruhlu Azərbaycan qadını" – Xaçmazda 8 Mart təntənəsi (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Zəfər ruhlu Azərbaycan qadını” adlı təntənəli tədbir keçirilib.

Bu barədə Trend-ə Xaçmaz rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilirr ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları, şəhidlərimizin həyat yoldaşları və qız övladları, həmçinin müxtəlif sahələrdə çalışan fəal qadınlar iştirak ediblər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin əlamətdar günlərdə zəhmətkeş qadınlarla görüşlərinə dair videoçarx nümayiş etdirilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qadınları bayram münasibətilə təbrik edərək, onların cəmiyyətimizin inkişafındakı əvəzsiz xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov Azərbaycan qadınının tarixi rolundan, bu günkü fəaliyyətindən və xüsusilə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar.

Şəhid anası Lalə Əskərova, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Lamiyə Qarayeva və təhsil işçisi Zülfiyyə Əhmədli qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhid analarına, şəhidlərimizin həyat yoldaşlarına və qız övladlarına, eləcə də toplantıda iştirak edən bütün xanımlara gül təqdim olunub. Həmçinin, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın “Təşəkkürnamə” ilə mükafatlandırılıb.

Bayram tədbiri yerli mədəniyyət işçilərinin hazırladığı musiqili proqramla davam edib. Konsertdə ana və Vətən sevgisini tərənnüm edən nəğmələr, eləcə də rəqs qruplarının çıxışları xanımların özəl gününü daha da yaddaqalan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti