...

“AzerGold” QSC-də kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib (FOTO/VİDEO)

Telekommunikasiya Materials 6 Mart 2026 14:43 (UTC +04:00)
“AzerGold” QSC-də kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

“AzerGold” QSC-nin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə əməkdaşlar üçün kibertəhlükəsizlik mövzusunda növbəti təlim təşkil olunub.

Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq təşkil olunan təlim “Onlayn mühitdə təhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularını əhatə edib. Məqsəd əməkdaşların rəqəmsal risklər barədə məlumatlılığını artırmaq, kiber-təhdidlərin vaxtında müəyyən olunmasına və qarşısının alınmasına dəstək göstərməkdir.

Tədbir zamanı Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisləri müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat veriblər. Qeyd olunub ki, informasiya təhlükəsizliyi yalnız texniki vasitələrlə deyil, həm də hər bir əməkdaşın məsuliyyətli davranışı ilə təmin olunur. Bu baxımdan rəqəmsal gigiyena qaydalarına əməl etmək xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv formada keçən sessiyada iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və risklərdən qorunma yolları izah edilib. Təlimin əvvəlində və sonunda keçirilən testlər vasitəsilə iştirakçıların bilik səviyyəsi qiymətləndirilib.

Qeyd edək ki, "AzerGold" QSC-də informasiya və kibertəhlükəsizlik risklərinin sistemli və effektiv idarə olunmasını təmin etmək məqsədilə yerli qanunvericiliyin tələbləri və ISO/ISO/IEC 27001 beynəlxalq standartına uyğun İnformasiya Təhlükəsizliyi Siyasəti təsdiq edilib. Siyasətin icrasını təmin etmək üçün ayrıca strategiya qəbul olunub və bu strategiya çərçivəsində texniki və təşkilati tədbirlərin mərhələli tətbiqinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti