...

Prezident İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub

Siyasət Materials 6 Mart 2026 20:30 (UTC +04:00)
Prezident İlham Əliyev ilə Aleksandar Vuçiç arasında telefon danışığı olub
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.

Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.

Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti