...

Azərbaycanda bp bir çox göstəricilər üzrə sahənin ən yaxşı şirkətləri sırasında yer alır

İqtisadiyyat Materials 6 Mart 2026 17:27 (UTC +04:00)
Azərbaycanda bp bir çox göstəricilər üzrə sahənin ən yaxşı şirkətləri sırasında yer alır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bp bir çox göstəricilər üzrə sahənin ən yaxşı şirkətləri sırasında yer alır.

Trend xəbər verir ki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli brifinqdə deyib.

“İcazə verin bir neçə misal çəkim. Birinci göstərici bizim “etibarlılıq” adlandırdığımız göstəricidir. Yəni bu, istehsal obyektinin il ərzində neçə gün işlək vəziyyətdə olmasını göstərir. Təbii ki, biz bu rəqəmin mümkün qədər yüksək olmasına çalışırıq”, - deyə o bildirib.

Kristofoli qeyd edib ki, bp, bir çox digər şirkətlər kimi, “bençmarkinq” adlandırılan prosesi həyata keçirir. Bu proses şirkətin öz fəaliyyətinin effektivliyini sahədəki digər şirkətlər və daha geniş bazarla müqayisə etməklə qiymətləndirməyi nəzərdə tutur.

“Çünki əgər şirkətin nəticələri digər şirkətlərin göstəriciləri ilə müqayisə olunmursa onun nə dərəcədə yaxşı fəaliyyət göstərdiyini obyektiv şəkildə müəyyən etmək mümkün deyil.

Buna görə də bizdə çox formal bir proses mövcuddur: müstəqil şirkət qiymətləndirmə apararaq bizim effektivliyimizi dəqiq ölçür və onu sahənin digər iştirakçılarının nəticələri ilə müqayisə edir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti