...

bp-nin Azərbaycan qarşısında əsas vəzifəsi Azəri-Çıraq-Günəşli yatağından hasil olunan neftin həcmini maksimum dərəcədə artırmaqdır - Cio Kristofoli

İqtisadiyyat Materials 6 Mart 2026 17:41 (UTC +04:00)
bp-nin Azərbaycan qarşısında əsas vəzifəsi Azəri-Çıraq-Günəşli yatağından hasil olunan neftin həcmini maksimum dərəcədə artırmaqdır - Cio Kristofoli
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

bp-nin Azərbaycan qarşısında əsas vəzifəsi Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil olunan neftin həcmini maksimum dərəcədə artırmaq və eyni zamanda daha çox neft çıxarıldıqca rezervuarın məhsuldarlığının təbii azalmasını idarə etməkdir.

Trend xəbər verir ki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli brifinqdə deyib.

“AÇG dünyanın ən böyük və ən mühüm yataqlardan biridir. Bu yatağın bizim tərəfimizdən idarə olunma səviyyəsi sahə üzrə ən yaxşı göstəricilər sırasına daxildir”, – deyə o bildirib.

O qeyd edib ki, ilk növbədə, bp rezervuarda qazılan quyuların sayını artırır.

“SOCAR və qazma üzrə podratçılarımızla tərəfdaşlıq sayəsində eyni avadanlıqdan və eyni xərclərdən istifadə etməklə qazma əməliyyatlarının sayını 30 faizdən çox artırmağa nail olmuşuq. Bu, əsl səmərəlilikdir”, – deyə o qeyd edib.

İkincisi, bu, “rezervuarın aktivləşdirilməsi”dir.

“Bildiyiniz kimi, neft hasil olunduqca təzyiqi qoruyub saxlamaq lazımdır ki, maye səthə çıxmağa davam etsin. Bunun üçün biz su və qazı lazımi sahələrə vururuq ki, rezervuarın davamlı aktivləşməsi təmin olunsun. Üçüncüsü isə texnologiyalardır. Məsələn, biz yüksək dəqiqlikli dəniz dibi sensorları vasitəsilə seysmik çəkilişlər aparırıq”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti