Bakı.Trend:
Xəzər rayon sakini 21 yaşlı Gülçin Novruzlu yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, G.Novruzlu evdən çıxan zaman əynində qara rəngli
şalvar və boz rəngli gödəkçə olub.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in
"102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi
səhifələrinə, (012) 590-22-39, (012) 453-02-02, (012) 590-72-03
şəhər nömrələri və (050) 821-00-11, (055) 611-83-93 mobil
nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
