...

Ceyhun Bayramov belaruslu həmkarını İranın dron hücumu barədə məlumatlandırıb

Siyasət Materials 6 Mart 2026 16:35 (UTC +04:00)
Ceyhun Bayramov belaruslu həmkarını İranın dron hücumu barədə məlumatlandırıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

6 mart tarixində Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki, hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti