...

İsrail ordusu Livanda "Hizbullah"a yönəlmiş yeni aviazərbə dalğasına başlayıb

Dünya xəbərləri Materials 6 Mart 2026 13:29 (UTC +04:00)
İsrail ordusu Livanda "Hizbullah"a yönəlmiş yeni aviazərbə dalğasına başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubunda "Hizbullah"a aid infrastruktura hədəflənmiş yeni aviazərbələr dalğasına başlayıb.

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) elan edib.

Avireydlərin təfərrüatları barədə bir qədər sonra məlumatın veriləcəyi qeyd olunur.

Gecə ərzində IDF Beyrutun Dahiyə adlı məhəlləsində "Hizbullah"a aid stateji obyektlərə zərbələr endirib. Zərbələr 10-dan çox binaya tuş gəlib.

Aviareydlərdən əvvəl IDF həmin ərazilərdə yaşayan mülki əhali üçün təxliyə xəbərdarlığı elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti