...

bp bu yay AÇG-nin "sərbəst qaz" rezervuarlarından hasilata başlamağı planlaşdırır

İqtisadiyyat Materials 6 Mart 2026 17:44 (UTC +04:00)
bp bu yay AÇG-nin "sərbəst qaz" rezervuarlarından hasilata başlamağı planlaşdırır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp yay aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yatağında “sərbəst qaz” rezervuarlarından hasilata başlamağı planlaşdırır.

Trend xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

“Məni xüsusilə sevindirən məqam odur ki, ilin birinci yarısında, təxminən yay aylarına doğru, biz AÇG yatağının daha dərin hissəsindən qazılan quyunu istismara verəcəyik. Bu, rezervuarın yeni hissəsini öyrənməyə imkan yaradacaq və həmin hissə böyük həcmdə qaz verə bilər ki, bu da hasilat göstəricilərimizi əhəmiyyətli dərəcədə artıracaq”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti