...

İsrail Livanda "Hizbullah"ın İcraiyyə Komitəsinin baş qərargahını vurub (VİDEO)

Dünya xəbərləri Materials 6 Mart 2026 11:10 (UTC +04:00)
İsrail Livanda "Hizbullah"ın İcraiyyə Komitəsinin baş qərargahını vurub (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri ötən gecə ərzində Livanda həyata keçirilən hava əməliyyatlarının gedişində onlarla "Hizbullah" hədəflərinə zərbələr endirib.

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi "X" hesabında zərbələrin videogörüntüsü və məlumat paylaşılıb.

Vurulan hədəflər arasında "Hizbullah"ın İcraiyyə Komitəsinin baş qərargahı, dronların saxlanıldığı anbar da yer alır.

“Həmin komanda mərkəzlərindən "Hizbullah"ın IDF qoşunlarına və İsrail dövlətinə qarşı çoxsaylı terror hücumların planlaşdırılması üçün istifadə olunacaqdı”,- deyə IDF məlumatında qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti