...

Sabah Ciddədən Bakıya növbəti təxliyə reysi həyata keçiriləcək - Ceyhun Bayramov

Siyasət Materials 6 Mart 2026 13:42 (UTC +04:00)
Sabah Ciddədən Bakıya növbəti təxliyə reysi həyata keçiriləcək - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 7-si səhər saatlarında Ciddədən növbəti təxliyə reysi təşkil ediləcək. Yaxın Şərq ölkələrində olan insanlarımızın Ciddəyə gətirilərək oradan Azərbaycana təxliyə edilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, "Fly Dubai" ilə danışıqlara başlanılıb və artıq Azərbaycana 5 uçuş həyata keçirilib.

"AZAL Səudiyyə Ərəbistanında olan zəvvarlar üçün xüsusi təxliyə reysi təşkil etdi, 209 şəxs təxliyə edildi. Onlardan 193-ü Azərbaycan vətəndaşı idi, aralarında azərbaycanlı olan Gürcüstan və Rusiya vətəndaşları da var idi. Diplomatik missiyalarımıza ünvanlanan müraciətlərin sayı 1000 civarındadır, müraciətlərin daxil olduğu ölkələr BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Küveytdir ".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti