...

İndoneziya bu gündən vətəndaşlarını Azərbaycan vasitəsilə İrandan təxliyə etməyə başlayacaq

Siyasət Materials 6 Mart 2026 12:32 (UTC +04:00)
İndoneziya bu gündən vətəndaşlarını Azərbaycan vasitəsilə İrandan təxliyə etməyə başlayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya bu gündən vətəndaşlarını Azərbaycan vasitəsilə İrandan təxliyə etməyə başlayacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin rəsmisi Heni Həmidah jurnalistlərə açıqlama verib.

“Təxliyə prosesi bu gündən etibarən mərhələli şəkildə başlayacaq və ilk mərhələ Azərbaycan vasitəsilə həyata keçiriləcək”,-deyə o bildirib.

Onun sözlərinə görə, 32 nəfərdən ibarət ilk qrupun bazar ertəsi və ya çərşənbə axşamı Cakartaya çatması gözlənilir.

Ümumilikdə İranda 329 İndoneziya vətəndaşı var və onların əksəriyyəti Qum şəhərində təhsil alan tələbələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti