Bakı. Trend:
Azərbaycan ABŞ şirkəti ilə ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri "X" hesabında paylaşım edib.
"Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
