...

Bakı metrosu qeyri-iş günləri ilə əlaqədar bu qrafiklə işləyəcək

Cəmiyyət Materials 6 Mart 2026 12:59 (UTC +04:00)
Bakı metrosu qeyri-iş günləri ilə əlaqədar bu qrafiklə işləyəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı metropoliteni martın 8-i və 9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, “28 May–Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə olacaq.

Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək.

Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “Cəfər Cabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə gününün qrafikindən istifadə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti