...

Buraxılış imtahanlarında nə qədər şagird iştirak edəcək? - RƏSMİ

Cəmiyyət Materials 6 Mart 2026 18:00 (UTC +04:00)
Buraxılış imtahanlarında nə qədər şagird iştirak edəcək? - RƏSMİ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ölkə üzrə buraxılış imtahanlarında 276 mindən çox şagird iştirak edəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 9-cu sinif üzrə buraxılış imtahanlarında 159 mindən çox, 11-ci sinif üzrə buraxılış imtahanlarında isə 116 mindən çox şagird iştirak edəcək.

"Bakı məktəblərindən isə 87 700-ə yaxın şagird buraxılış imtahanlarında iştirak edəcək", - məlumatda vurğulanıb.

Qeyd edək ki, buraxılış imtahanları martın 9-da başlayır.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).

15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı isə dəyişdirilib. Buraxılış imtahanı aprelin 19-da təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti