...

A seriyasında ayın futbolçusu seçilib

İdman Materials 6 Mart 2026 10:58 (UTC +04:00)
A seriyasında ayın futbolçusu seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya A seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Roma”nın hücumçusu Donyel Malen olub.

Qalib azarkeşlərin onlayn səsverməsi və statistik göstəricilər əsasında müəyyənləşib.

26 yaşlı hücumçu səsvermədə Domeniko Berardi (“Sassuolo”), Marko Karnesekki (“Atalanta”), Federiko Dimarko (“İnter”), Moyze Kin (“Fiorentina”) və Ueston Makkennini (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, niderlandlı hücumçu fevralın ortalarında “Aston Villa”dan icarə əsasında “Roma”ya keçib. O, yeni komandasında çıxdığı ilk 7 oyunda 6 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti