...

Komando kursunun növbəti buraxılışı olub (FOTO)

Cəmiyyət Materials 6 Mart 2026 14:30 (UTC +04:00)
Komando kursunun növbəti buraxılışı olub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik ediblər. Qeyd olunub ki, kurs müddətində keçirilən intensiv təlimlər nəticəsində hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yüksəlib və potensial təhdidlərə qarşı istənilən şəraitdə müasir döyüş aparma üsulları mənimsənilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul ediblər. Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub. Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti