...

Azərbaycan və Litva XİN başçıları İranın PUA hücumuna dair müzakirə aparıblar

Siyasət Materials 6 Mart 2026 17:55 (UTC +04:00)
Azərbaycan və Litva XİN başçıları İranın PUA hücumuna dair müzakirə aparıblar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

6 mart 2026-cı il tarixində Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Litva naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarını pisləyib, bunun dərin narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti