Bakı. Trend:
Macarıstan hökuməti Ukrayna dövlətinə məxsus bankın əməkdaşlarından müsadirə olunmuş 40 milyon ABŞ dolları və 35 milyon avro nağd vəsaitin görüntülərini yayımlayıb.
Trend xəbər verir ki, həmin şəxslər qızıl külçələrini Macarıstan ərazisindən keçirərək Vyanadan Kiyevə aparıblar.
Cinayət işi materiallarına əlavə olunacaq fotolarda ümumi çəkisi 9 kiloqram olan qızıl külçələri də əks olunub.
Bildirilib ki, martın 5-də fəaliyyəti dayandırılan ukraynalı qrup ölkə ərazisindən 40 milyon dollar və 35 milyon avro nağd vəsaiti, həmçinin böyük miqdarda qızıl külçələrini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.