...

Venesuela ABŞ ilə mövcud fikir ayrılıqlarının diplomatik yollarla həllini təklif edir

Dünya xəbərləri Materials 7 Mart 2026 07:51 (UTC +04:00)
Venesuela ABŞ ilə mövcud fikir ayrılıqlarının diplomatik yollarla həllini təklif edir

Bakı. Trend:

Venesuela ABŞ ilə mövcud fikir ayrılıqlarının diplomatik yollarla həllini təklif edir.

Trend xəbər verir ki, Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes “Venezolana de Television” telekanalına açıqlamasında bildirib ki, ölkəsi ABŞ ilə diplomatik və konsulluq münasibətlərinin bərpasına nail olub və iki dövlət arasında uzun illərdir mövcud olan fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı təşəbbüs irəli sürüb.

Onun sözlərinə görə, bu addım 3 yanvarda ABŞ-nin hücumu zamanı döyüşdə həlak olan qəhrəmanların xatirəsinə ehtiram olaraq atılıb.

Rodriqes həmçinin qeyd edib ki, Venesuela ABŞ ilə tarixi fikir ayrılıqlarının tənzimlənməsi və onların diplomatik üsullarla həlli üçün üzbəüz görüş keçirməyi təklif edir. O, beynəlxalq hüquqa hörmət və onun prinsiplərinə əməl olunması əsasında ikitərəfli gündəliyin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti