...

“İnter Mayami”nin sahibi Messinin klubdakı illik maaşını açıqlayıb

İdman Materials 7 Mart 2026 07:14 (UTC +04:00)
“İnter Mayami”nin sahibi Messinin klubdakı illik maaşını açıqlayıb

Bakı. Trend:

“İnter Mayami”nin sahibi Xorxe Mas klubunun hücumçusu Lionel Messi haqqında danışıb.

Trend xəbər verir ki, o, klubun sponsorluq müqavilələrinə ehtiyacını izah edib.

“Sponsorlara - və dünya səviyyəli sponsorlara - ehtiyacımın səbəbi oyunçuların baha olmasıdır. Messiyə ildə 60-70 milyon avro ödəyirəm. Bütün bonusları da əlavə etsək. Amma o, hər sentinə dəyər”, - deyə “A Bola” qəzeti Masdan sitat gətirib.

Argentinalı ulduz dünyada “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldudan sonra ikinci ən çox maaş alan futbolçudur.

Messi 2023-cü ildə “İnter Mayami”yə qoşulub və o vaxtdan bəri 90 matçda meydana çıxıb və Florida klubu üçün 79 qol vurub.

Xəbər lenti

Xəbər lenti