Bakı.Trend:
Qubada 5 ədəd ov tüfəngi polisə təhvil verilib və aşkarlanıb.
Trend-in məlumatına görə, keçirilən tədbirlər nəticəsində vətəndaşlar tərəfindən 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil verilib.
Həmçinin polis əməkdaşları tərəfindən aparılan tədbirlər zamanı Quba şəhəri ərazisində və İspik kəndi ərazisində daha 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırmalar aparılır.
