...

Xaçmaz rayonuna məişət tullantılarının daşınması üçün daha iki yeni texnika verilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2026 12:25 (UTC +04:00)
Xaçmaz rayonuna məişət tullantılarının daşınması üçün daha iki yeni texnika verilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzinin həyətində təqdim olunan məişət tullantılarını daşıyan texnikalardan ikisi Xaçmaz rayonuna göndərilib.

Trend xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev cavabdeh şəxslərlə birlikdə yeni texnikalara və konteynerlərə baxış keçirib, səmərəli istismar və ekoloji təmizliyin təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, bu, Xaçmaz rayonunda kommunal təsərrüfatın müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır.

Belə ki, ötən il rayona bir ədəd tullantı daşıyan texnika təqdim edilib.

İki yeni texnika tullantıların vaxtında daşınmasına və ərazidə təmizlik işlərinin daha keyfiyyətli aparılmasına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti