...

Oğurluq ehtiyat hissələri ilə maşın təmir edən ustalar saxlanılıb

Hadisə Materials 7 Mart 2026 12:13 (UTC +04:00)
Oğurluq ehtiyat hissələri ilə maşın təmir edən ustalar saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt şəhərində bir nəfərə məxsus avtomobildən ehtiyat hissələri oğurlanıb.

Bu barədə Trend-ə daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti