...

Biləsuvarın bu ərazilərində işıq kəsilib

Hadisə Materials 7 Mart 2026 10:25 (UTC +04:00)
Biləsuvarın bu ərazilərində işıq kəsilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, martın 7-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 11 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək şəhər ərazisində Mirzə İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmaylov, Səməd Vurğun küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti