...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 7 Mart 2026 12:05 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 13.66 ABŞ dolları və ya 18.8% artaraq, bir barel üçün 86.11 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti bir barel üçün 94.62 ABŞ dolları, minimum qiymət isə 79.60 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 82.45 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 12.61 ABŞ dolları və ya 18.1% artım deməkdir.Ətrafl

Həftə ərzində ən yüksək qiymət bir barel üçün 90.50 ABŞ dolları, ən aşağı qiymət isə 76.79 ABŞ dolları olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 11.47 ABŞ dolları və ya 29.4% artaraq, bir barel üçün 50.46 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 58.54 ABŞ dolları, ən aşağı qiymət isə 44.25 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti 71.57 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 13.58 ABŞ dolları və ya 19% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 94.20 ABŞ dolları, minimal qiymət isə 77.82 ABŞ dolları olub.

Neft/Tarix

02.03.2026

03.02.2026

04.02.2026

05.02.2026

06.02.2026

Orta qiymət

Azeri LT CIF

$79.60

$86.16

$82.29

$87.90

$94.62

$86.11

Azeri Light FOB Ceyhan

$76.79

$82.93

$78.35

$83.69

$90.50

$82.45

Urals (EX NOVO)

$44.25

$50.67

$46.90

$51.94

$58.54

$50.46

Dated Brent

$77.82

$84.87

$81.16

$87.71

$94.20

$85.15

Məqalədə:
Xəbər lenti

Xəbər lenti