Bakı. Trend:
Türkiyə Super Liqasında 25-ci tura start verilir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, turun mərkəzi oyunu "Beşiktaş"la "Qalatasaray" arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
İstanbul derbisini Ozan Ergünün rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, 24 turdan sonra 58 xal toplayan "Qalatasaray" çempionatın lideridir. 46 xalı olan "Beşiktaş" isə 4-cü yerdədir.
