...

Moskvada Azərbaycanın diplomatik avtomobili qəzaya uğrayıb

Hadisə Materials 7 Mart 2026 23:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən Columbus ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmamış və bu zaman əsas yol ilə gələn avtomobil Səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurmuşdur.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəymişdir.

Bildirilib ki, döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılmışdır.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almamışdır.

Avtomobili diplomatın həyat yoldaşı idarə edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti