...

"Real"ın qapıçısı "İnter"in hədəfindədir

İdman Materials 7 Mart 2026 16:06 (UTC +04:00)
"Real"ın qapıçısı "İnter"in hədəfindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "İnter" ukraynalı qolkiperi transfer etmək istəyir.

Lunin "kral klubu"nda əsas qapıçı olmadığı üçün ayrılığa isti yanaşır. "İnter" 27 yaşlı "əlcək sahibi"ni yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti