Bakı. Trend:
Türkiyədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə, mövcud regional təhlükəsizlik vəziyyəti, xüsusən də İranın Azərbaycana qarşı həyata keçirdiyi pilotsuz təyyarə hücumları müzakirə edilib.
Həmçinin türk dövlətləri arasında koordinasiyanın daha da gücləndirilməsi və praktik əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.
