Bakı. Trend:
Aviasiya tarixində ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" artıq 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə veriləcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, təyyarənin sınaqları uğurla davam etdirilir.
Qeyd edək ki, "Kızılelma" "Baykar Teknoloji" tərəfindən Türkiyədə inkişaf etdirilən turbofan mühərrikli, radarlar tərəfindən gizlənə bilən və havadan havaya raket atma qabiliyyətinə sahib olan pilotsuz döyüş təyyarəsidir.
