Bakı. Trend:
Yunanıstan Bolqarıstanın hava müdafiəsini gücləndirmək məqsədilə ölkənin şimalında “Patriot” zenit-raket sisteminin yerləşdirilməsini planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias məlumat verib.
Onun sözlərinə görə, əlavə təhlükəsizlik tədbiri kimi iki ədəd F-16 qırıcı təyyarəsinin də Yunanıstanın şimalındakı hərbi bazaya yerləşdirilməsi planlaşdırılır.
Bildirilir ki, bu addım Bolqarıstan tərəfinin müraciətindən sonra atılıb və regionda artan təhlükəsizlik riskləri fonunda həyata keçirilir.
