...

“Milan” baş məşqçisi ilə bağlı yeni qərarı nəzərdən keçirir

İdman Materials 7 Mart 2026 15:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Milan” baş məşqçisi Massimiliano Alleqrinin müqaviləsini uzatmağı və onun maaşını artırmağı nəzərdən keçirir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilib ki, klub mütəxəssisin qarşısına şərt qoyub. Əgər komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, baş məşqçinin maaşı artırılacaq. Bu halda italiyalı mütəxəssisin illik qazancı 5 milyon avrodan 6 milyon avroya yüksələcək.

Həmçinin müqavilənin üçüncü ilinin aktivləşdirilməsi də nəzərdə tutulur. Tərəflər daha əvvəl razılaşmışdılar ki, komanda Çempionlar Liqasına vəsiqə qazansa və ya klub rəhbərliyi qərar versə, müqavilə avtomatik olaraq 2027/28 mövsümünün sonunadək uzadılacaq. Sazişdə 2028/29 mövsümü üçün də əlavə opsiya yer alıb.

Hazırda “Milan” 27 turdan sonra A seriyasında 2-ci pillədə qərarlaşır. Komanda ÇL-ə yollana bilmək üçün mövsümün sonunda ilk 4-lükdə qərarlaşmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti