Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu gün Mayamidə Vaşinqtonla ideoloji baxımdan yaxın olan bir sıra Latın Amerikası ölkələrinin liderlərini qəbul edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, “Amerika qalxanı” adlı zirvə görüşündə Argentina, Boliviya, Honduras, Kosta-Rika, Panama, Paraqvay, Salvador, Ekvador liderləri, eləcə də Çilinin yeni seçilmiş prezidenti iştirak edəcək.
Görüşün gündəliyinə təhlükəsizlik, qanunsuz miqrasiya, Latın Amerikası ölkələrində mütəşəkkil cinayətkarlıq problemləri, həmçinin Amerika qitəsində Çinin təsirinə qarşı mübarizə məsələləri daxildir.
