Bakı. Trend:
İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata görə, İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib.
Bildirilib ki, Regiondakı vəziyyət tərəfimizdən diqqətlə izlənməkdədir və vətəndaşlarımızın təxliyəsi üçün lazimi tədbirlər görülür.
