Bakı. Trend:
Kanadanın Baş naziri Mark Karni Böyük Britaniya kral ailəsinin üzvü Endryu Mountbatten Vindzorun taxt-tac varisliyi siyahısından çıxarılması ilə bağlı çağırış edib.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, hazırda keçmiş York hersoqu titulundan məhrum edilən Endryu hələ də Böyük Britaniya taxtına varislik siyahısında səkkizinci yerdə qalır.
Endryu ötən ilin oktyabrında amerikalı maliyyəçi və pedofiliya qalmaqalında adı hallanan Ceffri Epşteyn ilə əlaqələrinə görə ictimai təzyiqlərdən sonra rəsmi titullarından məhrum edilib. Keçən ay isə o, Epşteynə məxfi məlumatlar ötürməkdə ittiham olunaraq dövlət vəzifəsində qeyri-qanuni davranış şübhəsi ilə saxlanılıb.
Mark Karni bildirib ki, şahzadə Endryunun qəbuledilməz hərəkətləri onun taxt-tac varisliyi siyahısından çıxarılmasını zəruri edir.
