...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib (FOTO)

Siyasət Materials 7 Mart 2026 21:15 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Nazir Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Dolmabahçe Sarayında qəbul edilib.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, cari regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti